“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir” - Türkiyə Prezidenti

824 30-09-2021, 14:38 cemiyyet

“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir” - Türkiyə Prezidenti“Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfinin bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”, – R.T.Ərdoğan qeyd edib.

XƏBƏR LENTİ