Bazar gününə olan hava proqnozu AÇIQLANDI

531 9-10-2021, 11:58 cemiyyet

Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 16-18 dərəcə isti olacaq. Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 16-20, dağlarda gecə 4-6, gündüz 11-13 dərəcə isti olacaq.

XƏBƏR LENTİ