Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb“Gürcüstan, Azərbaycan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması gömrük sahəsində üç ölkə arasında operativ qarşılıqlı fəaliyyətin yüksək səviyyədə əlaqələndirilməsi və gündəlikdə duran aktual məsələlər üçün səmərəli platforma olacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəbəri Levan Kakava deyib.

Onun sözlərinə görə, komitənin yaradılması barədə sənədin imzalaması ilə üç ölkənin gömrük idarələri arasında müxtəlif vacib istiqamətlərin daxil olduğu uğurlu əməkdaşlıq modeli yaradılıb.

Protokolu presedenti olmayan sənəd adlandıran L.Kakava bildirib ki, ən yeni əməkdaşlıq platforması bölgədə birgə layihələrin həyata keçirilməsi, leqal iqtisadi ticarətin inkişafı və nəqliyyat dəhlizinin potensialından istifadə üçün yeni alətlərin yaradılmasına kömək edəcək.

“Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol” oktyabrın 9-da İzmirdə imzalanıb.

Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb

  • 12-10-2021, 12:07
  • 195


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda televiziya aparıcısı olan Şəbnəm Naibli Türkiyə kanalında veriliş açıb
  2. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  3. Eldar Həsənov xəstəxanadan təcridxanaya qaytarılıb
  4. Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb - YENİLƏNİB
  5. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  6. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  7. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  8. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  9. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  10. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI