Toylara gedən 24 nəfər CƏRİMƏLƏNDİ

567 13-10-2021, 11:46 cemiyyet

Toylara gedən 24 nəfər CƏRİMƏLƏNDİOktyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 84 toy şənliyinin monitorinqini həyata keçirib.



DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, monitorinq 64 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.



Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 24 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 147 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

XƏBƏR LENTİ