Məhkəmə aeroport yolunda qəza törədən sürücü ilə bağlı qərar verib

547 13-10-2021, 16:07 cemiyyet

Məhkəmə aeroport yolunda qəza törədən sürücü ilə bağlı qərar veribSabunçu Rayon Məhkəməsində aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Musavat.com xəbər verir ki, məhkəmə təqdimatı təmin edib.

Qərara əsasən, M.Əzizovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu gün səhər saat 6:40 radələrində aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olmuş, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılmış, 17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ