İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...

Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsi Azərbaycan vətəndaşları Nicat Abbasov və Qoşqar Hüseynov barəsində hökm çıxarıb.

Xeberdar.net-in yerli KİV-ə istinadən məlumatına görə, onlar quldurluq, mütəşəkkil cinayətkar dəstə təşkil etməkdə və qanunsuz silah saxlamaqda ittiham olunurlar.

Məlumata görə, 2012-2013-cü illərdə onlar Sankt-Peterburqun bir neçə zərgərlik mağazasına basqın edərək, oranı qarət ediblər. Onların həmin şəhərin bir neçə lombardına basqını da məhkəmədə sübut olunub.
Nəticədə Abbasov 14 il, Hüseynov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...

  • 21-10-2021, 12:10
  • 221


Oxşar mövzular
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI