Sevgilisini boğduqdan sonra valideynlərindən üzr istəyib, intihar etdi

626 22-10-2021, 10:24 kriminal / dunya

Sevgilisini boğduqdan sonra valideynlərindən üzr istəyib, intihar etdiRusiyada 30 yaşlı gənc 18 yaşlı sevgilisini boğduqdan sonra onun valideynlərindən üzr istəyib, özününkülərlə vidalaşıb və iş yerində intihar edib.

Faciəli hadisələrə səbəb qızın etirafları olub. Belə ki, oktyabrın 19-da sevgilisinin əsgərlikdən gələcəyini və bundan sonra evlənəcəklərini deyib.

Son bir ildə görüşdüyü qızın bu etirafı gənc üçün zərbə olub. Onlar dava ediblər və münaqişə zamanı kişi sevgilisini boğub.

Mərhumun sinif yoldaşı dostunun həmişə ən güclü olduğunu, yarışlarda birinci yerləri tutduğunu deyib.

“Təbiətcə özünəqapanıq biri idi, eyni zamanda tez əsəbiləşən idi”, deyə o, bildirib.

Qətllə bağlı cinayət işi açılıb, lakin şübhəlinin ölümü səbəbindən bağlanacaq./ Müsavat.com/

XƏBƏR LENTİ