Bakıda DƏHŞƏTLİ QƏTL: ər arvadını məftillə boğdu

812 22-10-2021, 13:55 cemiyyet / kriminal

Bakıda DƏHŞƏTLİ QƏTL: ər arvadını məftillə boğduBakıda ailə faciəsi olub.

Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 31 yaşlı Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 36 yaşlı Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xeberdar.net

XƏBƏR LENTİ