Bakıda pandemiyaya görə nəzarət daha da gücləndirilib

Bakıda pandemiyaya görə nəzarət daha da gücləndirilibKoronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxt ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Tədbir zamanı mülki geyimdə olan əməkdaşlar da xidmətə cəlb edilib.

DİN-dən Musavat.com-a verilən məlumata görə, paytaxtın Binəqədi,Xətai və Pirallahı rayonlarında polislər tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polislər həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən tibbi maskadan istifadə etməyən sərnişinlər, peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülər barədə də qanunauyğun tədbirlər görülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

Vətəndaşlardan bir daha xahiş edirik ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək mövcud sanitar-epidemioloji qaydalara əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.

Xeberdar.net

Bakıda pandemiyaya görə nəzarət daha da gücləndirilib

  • 22-10-2021, 17:29
  • 349


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mehdiyevin kürəkəni dövlətdən PUL GİZLƏDİR? - İDDİA
  2. Zəlzələ nəticəsində Böyük Çin səddinin bir hissəsi uçub
  3. Bakıda 18 min manat dəyərində yağış suları üçün olan dəmir barmaqlıqlar oğurlanıb - VİDEO
  4. AZƏRBAYCANDA "OMİKRON" ŞTAMI AŞKARLANDI - Əhaliyə müraciət
  5. “CİN ŞÜŞƏDƏN ÇIXIB, KTMT ÇƏTİN Kİ, ONU YERİNƏ QAYTARA BİLSİN...” - “Nazarbayev Lukaşenko kimi Rusiyanın təsirindən çıxmağa cəhd göstərib və...”
  6. Qazaxıstanda baş verənlər Türkiyə-Rusiya rəqabətinin yeni dalğasıdır?
  7. "Yapı Kredi Bank Azərbaycan"dan NARAZILIQ - "Eynisini mən onlara 5 il əvvəl dedim..."
  8. Bakıda şagirdləri döyən direktora şiddətli töhmət verilib
  9. MN Seyfəli poliqonunda partlayışlara görə əhalini təşvişə düşməməyə çağırıb
  10. Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI