Metroda cibgirliklə məşğul olan şəxs saxlanıldı

591 26-10-2021, 12:49 cemiyyet

Metroda cibgirliklə məşğul olan şəxs saxlanıldıBakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub.



Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.



Bildirilib ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da metronun Nəriman Nərimanov stansiyasında qatarda Bakı şəhər sakini N.Zeynalovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən edilərək saxlanılıb.



Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ