Ötən gün toylara görə daha 14 nəfər cərimələnib

Ötən gün toylara görə daha 14 nəfər cərimələnibOktyabrın 26-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 61 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfərin barəsində araşdırma aparılır, 147 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xeberdar.net

Ötən gün toylara görə daha 14 nəfər cərimələnib

  • 27-10-2021, 11:00
  • 381


Oxşar mövzular
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI