Şəhid Fədail Nadirovun anım günü qeyd edilib - FOTOLAR

452 27-10-2021, 20:36 ---

Şəhid Fədail Nadirovun anım günü qeyd edilib - FOTOLAR

Bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Fədail Nadirovun anım günüdür.


XƏBƏRDAR.NET'in bölgə müxbirinin verdiyi xəbərə görə, anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, millət vəkili Şahin Seyidzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri şəhidin Bədəlli kənd qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Çıxış edən hər kəs şəhidimizin igidliyindən, qorxmazlığından söz açıb.

Allah rəhmət etsin.


Mirzə li
Xəbərdar.net

XƏBƏR LENTİ