Türkiyənin Müdafiə Nazirliyi “S-400” raketlərinin İncirlik bazasına yerləşdirilməsi xəbərini təkzib edib

529 4-11-2021, 09:42 dunya

Türkiyənin Müdafiə Nazirliyi “S-400” raketlərinin İncirlik bazasına yerləşdirilməsi xəbərini təkzib edib“Sosial şəbəkələrdə “S-400” raket kompleksinin Adanadakı İncirlik hərbi hava bazasına aparılması ilə bağlı yayılan məlumatlar doğru deyil”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindəki etibarlı mənbə bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə ABŞ-ın Müdafiə Nazirliyinin rəsmisinə istinadla Türkiyə, ABŞ və NATO-nun birgə istifadə etdiyi İncirlik hərbi hava bazasına “S-400” raket kompleksinin gətirməsi haqqında məlumatlar yayılıb.

XƏBƏR LENTİ