Cənubi Koreyada koronavirusa yoluxmada kəskin sıçrayış qeydə alınıb

734 4-11-2021, 13:04 dunya

Cənubi Koreyada koronavirusa yoluxmada kəskin sıçrayış qeydə alınıbOktyabrın sonlarında Cənubi Koreyada geniş qeyd olunan “Halloween” bayramından sonra ölkədə koronavirusa yoluxma hallarında kəskin sıçrayış qeydə alınıb.

Xeberdar.net-in xarici KİV-ə istinaden məlumatına görə, Koreya Respublikasının xəstəliklərə nəzarət və onların profilaktikası üzrə Milli İdarəsinin məlumatına görə, ardıcıl olaraq ikinci gündür koronavirusa yoluxanların sayı 2,5 min ətrafında dəyişir. Bu da öncəki günlərlə müqayisədə min nəfər çoxdur.

Eyni zamanda noyabrın 1-dən etibarən Cənubi Koreyada karantin tədbirlərinin yumşaldılması səbəbindən yoluxanların sayı artmaqda davam edə bilər. Belə ki, ayın əvvəlindən ictimai iaşə və mədəniyyət müəssisələrində iş saatı və müştəri sayı ilə bağlı məhdudiyyətlər tam aradan qaldırılıb.

Pandemiyanın statistikasını aparan Worldometer portalının məlumatına görə, noyabrın 3-də Koreya Respublikasında COVID-19 infeksiyasına 2 min 480 yoluxma və 24 ölüm faktı qeydə alınıb. Beləliklə, indiyədək ölkədə koronavirusa yoluxanların sayı 373 min nəfəri ötüb, ölənlərin sayı 2 min 916 nəfərə çatıb.

Xebertdar.net

XƏBƏR LENTİ