ABBA 40 illik fasilədən sonra ilk albomunu buraxıb

527 5-11-2021, 11:39 cemiyyet

ABBA 40 illik fasilədən sonra ilk albomunu buraxıbİsveçin ABBA qrupu yeni albomunu buraxıb.

“Report”un məlumatına görə, bu barədə qrupun saytında məlumat verilib.

Məlumata görə, albom “Voyage” adlanır. Alboma 10 mahnı daxildir, ABBA onlardan bəzilərini əvvəllər təqdim edib.

Qrup 2022-ci ilin yazında holoqramdan istifadə edərək alboma dəstək konserti planlaşdırır. Konsert Londonun Olimpiya Parkında xüsusi olaraq tikilmiş arenada keçirilməlidir.

“Voyage” ABBA-nın 40 illik fasilədən sonra çıxan ilk albomudur.

Qeyd edək ki, qrup daha əvvəl 1970-ci illərdə yazılmış “Just A Notion” mahnısını buraxıb. Klip ABBA-nın youtube kanalında yayımlanıb.

Xeberdar.net

XƏBƏR LENTİ