Baş redaktora HÜCUM: O, xəstəxanaya yerləşdirildi

549 5-11-2021, 13:15 cemiyyet

Baş redaktora HÜCUM: O, xəstəxanaya yerləşdirildiYazar.Tv-nin rəhbəri Elşən Oktayoğlu döyülməsi ilə bağlı açıqlama yayıb.

Xeberdar.net məlumat verir ki, jurnalist hazırda xəstəxanada müalicə alır.

Onun sözlərinə görə, son günlər sosial şəbəkələrdə barəsində yalan və təhqiramiz fikirlər yazırlar.

“Səbəb kimi Cəlilabadda özünü bloger kimi qələmə verən Saməddin Məmmədovun üzünə durub onu tutdurmağım göstərilir. Bu fikir tam əsassızdır! Çünki 25 sentyabr, saat 22:25-də Saməddin Məmmədov mənə zəng edərək ölümlə hədələyib. Həmin vaxt Daxili İşlər Nazirliyinin 102 çağrı zəng mərkəzinə məlumat vermişəm və Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları izahat alıb.

Saməddin Məmmədov, oğlu Nahid Məmmədov və bacısı oğlu məni 27-si şəhidlərin anım tədbiri keçirilən zaman Cəlilabadın Şəhidlər xiyabanının qarşısında döyərək ağır xəsarətlər yetiriblər. Hadisə şahidləri məni Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan Rayon Polis Şöbəsinə məlumat verilib, ora hüquq-mühafizə orqanı əməkdaşları gəlib, fakt araşdırılır. Odur ki, hər kəsdən xahiş edirəm, bilmədən yazmayın. Biz hüquqi dövlətdə yaşayırıq, hər kəs etdiyi əmələ görə cavab verir”, - baş redaktor sosial media hesabənda açıqlama yayıb.

Xeberdar.net

XƏBƏR LENTİ