Qazax sakinində narkotik aşkarlanıb

682 11-11-2021, 12:20 cemiyyet

Qazax sakinində narkotik aşkarlanıbDaxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Mehman Ömərov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əlindəki torbadan, narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Xeberdar.net

XƏBƏR LENTİ