Nazirdən Zəngəzur dəhlizi layihəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

544 11-11-2021, 13:14 cemiyyet

Nazirdən Zəngəzur dəhlizi layihəsi ilə bağlı MÜHÜM AÇIQLAMA"Ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib. Haqq savaşımızda qardaş Türkiyə və onun daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycana böyük siyasi - mənəvi dəstək göstərib".

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışında deyib.

O bunun üçün Türkiyəyə və Türk Şurasına üzv ölkələrə təşəkkür edib.

“44 günlük Vətən Müharibəsində qazandığımız zəfər böyük tarixi və siyasi məzmuna, eyni zamanda yerləşdiyimiz bölgə üçün mühüm əhəmiyyətə malikdir. Tarixi qələbə ölkəmiz və bütövlükdə regionun inkişafı üçün yeni reallıqlar, yeni regional əməkdaşlıq imkanları yaradıb. Hazırda işğal edilmiş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Bölgədə ticarət, tranzit və logistika imkanlarının genişləndirilməsinə töhfəsini verən Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizin layihəsinin sürətlə həyata keçirilməsini qeyd etmək istəyirəm. İnanıram ki, bu layihə ölkələrimiz arasında qarşılıqlı ticarətə, səmayə axınına müsbət təsir göstərəcək”, - M.Cabbarov bildirib.

XƏBƏR LENTİ