Bəzi məhkumların cəza müddəti azaldılacaq - RƏSMİ

547 11-11-2021, 13:49 cemiyyet

Bəzi məhkumların cəza müddəti azaldılacaq - RƏSMİ“İlkin olaraq biz amnistiya ilə bağlı şəxsi işləri öyrənmişik”.

Bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov Amnistiya Aktının icrası ilə bağlı keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, elə maddələr var ki amnistiyaya düşür, lakin bəzi məqamlar ola bilir:

“Məsələn, elə maddələr var ki, həmin maddələrlə məhkum olunanlar barəsində məhkəmələr tərəfindən müəyyən məlumatlar toplanmalıdır. Bu və digər bənzər maddələr üzrə məhkum olunanlar barədə araşdırma aparılmalıdır. Dünən 20-yə yaxın şəxsin işi Probasiya xidməti tərəfindən prokurorluğa təqdim edilib. Araşdırıldıqdan sonra yekun qərar veriləcək”.

“Probasiya xidməti tərəfindən amnistiya aktının icrası zamanı elə məhkumlar var ki, cəza müddətləri azaldılacaq, elə şəxslər var ki azad ediləcəklər. Dörd ay müddətində tərəfimizdən amnistiya aktının icrası üçün zəruri bütün tədbirlər həyata keçiriləcək”./Oxu.az/

XƏBƏR LENTİ