Azərbaycanda məşhur generalın restoranı cərimələndi

502 12-11-2021, 11:57 cemiyyet

Azərbaycanda məşhur generalın restoranı cərimələndiNoyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, keçirilən monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələrindən biri Bakı şəhəri, Yasamal ‎‎rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs “XS-500 Group” MMC-yə məxsus “Atlantis” restoranıdır.
Manset.az-ın əldə etdiyi məlumata görə, AQTA tərəfindən cərimələnən “Atlantis” restoranı keçmiş millət vəkili, ehtiyatda olan general-leytenant Əliağa Hüseynova məxsusdur.
Azərbaycanda məşhur generalın restoranı cərimələndi

Xeberdar.net

XƏBƏR LENTİ