Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

530 16-11-2021, 15:03 dunya

Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDIBu ilin yanvar-sentyabr aylarında Almaniyadan sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən 407 sığınacaq ərizəsi qeydə alınıb. Onlardan 174 nəfər ilk dəfə, 233 nəfər isə ikinci dəfə sığınacaq üçün müraciət edənlər olublar.

Həmin dövrdə 687 icraat üzrə qərar qəbul edilib, ümumi müdafiə səviyyəsi 7,4 % təşkil edib. 259 ərizəçinin müraciəti rəd edilib və həmin şəxslər Almaniyanı könüllü tərk etmələri barədə xəbərdarlıq alıblar.

BAMF-dan bildirilib ki, bu ilin sentyabr ayında ümumilikdə 13 849 əcnəbi federal idarəyə qaçqın statusu üçün müraciət edib.

Xeberdar.net

XƏBƏR LENTİ