Ermənistan MN açıqladı: 13 əsir, 1 ölü, 24 itkin...

561 17-11-2021, 11:06 dunya

Ermənistan MN açıqladı: 13 əsir, 1 ölü, 24 itkin...Ermənistan Müdafiə Nazirliyi dünən sərhəddə baş verən qarşıdurma nəticəsində itkilərinin sayını açıqlayıb.

Axar.az xəbər verir ki, nazirlik qarşıdurma nəticəsində 1 nəfərin öldüyünü, 13 nəfərin əsir götürüldüyü, daha 24 nəfərin isə itkin düşdüyünü bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan-Azərbaycan sərhədində erməni ordusu təxribatlar törədib. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində qarşı tərəfin hərəkətinin məhdudlaşdırıldığı, onun qüvvə və vasitələrinə zərər vurulduğu və erməni hərbçiləri tərk-silah edilərək saxlanıldığı, xeyli sayda müxtəlif çaplı silahın və külli miqdarda sursatın qənimət kimi ələ keçirildiyini bildirib.

Xeberddar.net

XƏBƏR LENTİ