Gürcüstanda koronavirusdan bir gündə 72 nəfər ölüb

525 17-11-2021, 13:07 dunya

Gürcüstanda koronavirusdan bir gündə 72 nəfər ölübGürcüstanda son sutkada daha 4732 nəfər koronavirusa yoluxub, 72 nəfər pandemiyanın qurbanı olub.

Xeberdar.net
xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla da, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 795 847-yə, sağalanların sayı 731 996-ya, bu virusdan ölənlərin sayı isə 11 212-yə çatıb.

Gürcüstanda gündəlik yoluxma 9,33 faiz təşkil edib.

Bu gün ölkədə 54 nəfər karantin rejimində, 6614 nəfər stasionarda, 1175 nəfər klinik hotellərdədir.

Ölkədə 2 066 159 nəfər vaksinasiya olunub.

Xeberdar.net

XƏBƏR LENTİ