F-16 qırıcısı qəzaya uğrayıb

546 18-11-2021, 20:17 dunya

 F-16 qırıcısı qəzaya uğrayıbYunanıstanda F-16 qırıcısı Andravida aviabazasına məcburi eniş nəticəsində qəzaya uğrayıb.

Xeberdar.net "RİA "Novosti"yə istinadən məlumatına görə, pilot sağ qalıb.

Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və zədələnib.

Bundan əvvəl ABŞ-ın Texas ştatında hərbi təyyarə yaşayış məntəqəsinə çırpılıb, nəticədə iki pilot yaralanıb. Üç evə ziyan dəyib, onların sahibləri müvəqqəti olaraq başqa yaşayış yerlərinə köçürülüb.

Xeberdar.net

XƏBƏR LENTİ