ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB - Siyahı

540 19-11-2021, 10:53 dunya

ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB - SiyahıErmənistan noyabrın 16-da dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri açıqlamağa başlayıb.

APA xəbər xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu günə olan məlumata görə, sərhəddəki döyüşlərdə 6 hərbçinin öldüyünü açıqlayıb.

Nazirlikdən ölənlərin baş leytenant Taron Saakyan, müqaviləli hərbi qulluqçular Merujan Arutunyan, Qurqen Sarkisyan, Artur Martirosyan və David Əmiryan olduğu bildirilib.

Daha bir hərbçinin kimliyi dəqiqləşdirilir. Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya tərəfinin vasitəçiliyi və iştirakı ilə itkin düşmüş şəxslərin müəyyən edilməsi və əsirlərin qaytarılması istiqamətində intensiv işlər davam etdirilir.

XƏBƏR LENTİ