21 yaşlı gəncin sizin köməyinizə ehtiyacı var - FOTO

362 24-11-2021, 16:35 cemiyyet

21 yaşlı gəncin sizin köməyinizə ehtiyacı var - FOTO21 yaşlı Cabar Abdurrəhmanov Faiq oğlunun sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun özü məlumat verib.

Bildirib ki, Şamaxı rayon sakini olan gənc anadangəlmə ürək qüsurludur və yataq xəstəsidir.

Ailənin hazırkı maddi vəziyyəti övladlarını müalicə etməyə imkan vermir. Gənc artıq iki aydır müalicə ala bilmədiyini və şiddətli ağrılarının olduğunu bildirib. O qeyd edib ki, daimi müalicələrə ehtiyacı olduğu üçün hazırda vəziyyəti qənaətbəxş deyil və hərəkət etməkdə çətinlik çəkir:

“Özüm yataq xəstəsi olduğum üçün müalicə xərclərimi qarşılaya bilmirəm. Ailəmin isə maddi vəziyyəti yaxşı deyil. İndiyə qədər özəl və dövlət xəstəxanalarında müayinə olunmuşam”.

Biganə qalmayan hər kəs Cabara dəstək göstərə bilər.

Əlaqə nömrəsi: 051 408 38 87
21 yaşlı gəncin sizin köməyinizə ehtiyacı var - FOTO
21 yaşlı gəncin sizin köməyinizə ehtiyacı var - FOTO
21 yaşlı gəncin sizin köməyinizə ehtiyacı var - FOTO
21 yaşlı gəncin sizin köməyinizə ehtiyacı var - FOTO
21 yaşlı gəncin sizin köməyinizə ehtiyacı var - FOTO

Xeberdar.net

XƏBƏR LENTİ