Məktəblərdə koronavirusla əlqədar vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

438 25-11-2021, 16:23 cemiyyet

Məktəblərdə koronavirusla əlqədar vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA"Koronavirusa bağlı məsələ lokal şəkildə həll olunur".

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki, harada ciddi problem varsa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin yerdə ya məktəb, ya da sinif bağlanır: "Məktəblər 14 gün- karantin rejimi bitəndən sonra yenidən əyani tədrisə qaytarılır. Mən deyim ki, bu problem yavaş-yavaş daha yaxşı istiqamətə yönəlib".

M. Vəliyeva, "Bəzi məktəblərdə idman zalları kiçik olduğundan dərslər məktəbin həyətində keçirilir, məsələn 145 saylı məktəbdə bu istiqamət üzrə hansı addımlar atılacaq" sualına da cavab verib: "Bu istiqamət proqramlaşdırılmış, təhlil olunmuş şəkildə həyata keçirilir. Mütəmadi olaraq harada problemlər varsa, o problemlərin həllinə yönəlir. Növbəli şəkildə məktəblərin təmiri, infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər aparılır".

BŞTİ müdiri əlavə edib ki, məktəblərdə psixoloji işin təşkili istiqamətində də addımlar atılır: "Yaxınlarda bu istiqamətdə konfrans da keçirildi. Mütəmadi olaraq seminarlar da keçirilir. Risk qrupları ilə işləmək üçün müəyyən bir istiqamətlər var. Bu istiqamətdə addımlar atılır".

Xeberdar.net

XƏBƏR LENTİ