Spiker BQXK rəsmisilə müzakirə apardı

Spiker BQXK rəsmisilə müzakirə apardıMilli Məclisin sədri Sahibə Qafarova Rusiyada Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru Birgitte Bischoff Ebbesen ilə görüşüb.



Modern.az-ın məlumatına görə, toplantıda Azərbaycanın təşkilatla əməkdaşlığa əhəmiyyət verdiyi vurğulanıb.



Milli Məclisin sədri qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib. O bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın azərbaycanlı itkin düşüb: "Bu gün də onların taleyindən xəbər yoxdur".



S.Qafarova xatırladıb ki, Birinci Qarabağ müharibəsi nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü: "Bu gün onların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması və öz torpaqlarına qaytarılması Azərbaycan üçün prioritet məsələdir".



Parlamentin sədri qeyd edib ki, artıq "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur və münaqişə bitib: "Bəzi beynəlxalq təşkilat təmsilçiləri tərəfindən bu ifadənin işlədilməsi qəti yolverilməzdir. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır".



O, görüş çərcivəsində Ermənistanın bütün beynəlxalq qanunları pozaraq mina xəritələrinin hələ də Azərbaycana təhvil vermədiyini də Birgitte Bischoff Ebbesenin diqqətinə çatdırıb.



Qeyd edək ki, S.Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiyada səfərdədir.

Xeberdar.net

Spiker BQXK rəsmisilə müzakirə apardı

  • 25-11-2021, 16:25
  • 195


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai polisindən narazılıq- Hadisə araşdırılmır
  2. Elşad Baratın şəhidlərə yazdığı kitab çap olundu - "Ölümsüzlər"
  3. Rusiyanın Rastov vilayətində Diaspor təşkilatına kimlər rəhbərlik edir?-Təşkilatda erməni izi
  4. Almaniyada koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib
  5. Yardımlı şəhər küçələrinin İlham Rzayev problemi…
  6. Azərbaycan nefti ucuzlaşdı
  7. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  8. Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub
  9. Atasını 40 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu
  10. "DELTA”dan 15 DƏFƏ TƏHLÜKƏLİ... - İndi də “Omikron” dünyanı təhdid edir
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI