Göyçayda “KamAZ”ın ehtiyat hissələrini oğurlayan şəxs saxlanılıb

474 26-11-2021, 12:28 kriminal

Göyçayda “KamAZ”ın ehtiyat hissələrini oğurlayan şəxs saxlanılıbGöyçay Rayon Polis Şöbəsinə “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 800 manat olan ehtiyyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Sərxan Abdurəhimov saxlanılıb. O, ifadəsində oğurladığı ehtiyyat hissələrini rayon ərazisində əlvan metal qəbulu məntəqəsinə satdığını və əldə etdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.et

XƏBƏR LENTİ