Almaniyada koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib

Almaniyada koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşibHazırda Almaniyada koronavirusla bağlı yaranan vəziyyət pandemiyanın başlanğıcından bəri ən ciddi səviyyədədir. Bu səbəbdən sosial təmaslar daha da azaldılmalıdır.

Xeberdar.net-in məlumatına görə. bu barədə Almaniyanın səhiyyə naziri vəzifələrini icra edən Yens Şpan Berlində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkədə artıq 100 mindən çox insan koronavirusdan ölüb. Epidemiya dövrü ərzində ilk dəfə olaraq 100-dən çox pasiyent digər regionların reanimasiya şöbələrinə köçürülüb.

“Yoluxma dalğasının yalnız Bavariya və Saksoniya ilə məhdudlaşdığını hesab edənlər yanılır. Sosial təmaslar daha da azaldılmalıdır”, - deyə Yens Şpan bildirib.

Robert Kox İnstitutunun məlumatına əsasən, hazırda Almaniyada intensiv terapiya şöbələrində müalicə alan koronavirus xəstələrinin sayı 4 minə çatıb və bu rəqəmlər artmağa davam edir.


Xeberdar.net

Almaniyada koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib

  • 26-11-2021, 16:21
  • 225


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi
  2. Həbsdəki icra başçısı namaza başladı – FOTO
  3. “Atəşgah Sığorta”-nın “atəşli” səyahət sığortası - Xaricdə “Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?
  4. Bazar gününə olan hava proqnozu açıqlanıb
  5. Prokurorluq Tofiq Yaqublu ilə bağlı məlumat yaydı:”özünü yumruqlayaraq…” – FOTO
  6. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  7. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  8. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  9. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  10. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI