Putinin “Zeytun budağı” hədiyyəsi-mesaj kimədir?

506 27-11-2021, 15:35 dunya

Putinin “Zeytun budağı” hədiyyəsi-mesaj kimədir?Rusiya və Azərbaycan Prezidetlərinin təkbətək görüşü olanda Ermənistanın baş naziri “Bоçаrev Ruçey” iqamətgahında üçtərəfli görüşün başlayacağını gözləyirmiş...
Rusiya Prezidentinin vasitəçiliyi ilə noyabrın 26-da keçirilən “Soçi görüşü” üç hissəli oldu. Əvvəl Rusiya Prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdü. Sonra 3 saatdan artıq davam edən qapalı görüş oldu. Birgə bəyanatın qəbulundan sonra isə Putin Paşinyanla biraraya gəldi.

Görüşlə bağlı ardıcıllıqda xüsusi məna axtarmalıyıqmı? Niyə əvvəl Azərbaycan Prezidentinin mövqeyi dinlənildi, qapalı görüşdən sonra isə Paşinyanın? Detallarda hansısa məna gizlənibmi? Əlbəttə ki, var... Məsələn, Rusiyanın mk.ru saytı təsdiq edir ki, Rusiya və Azərbaycan Prezidetlərinin təkbətək görüş olanda Ermənistanın baş naziri Paşinyan “Bоçаrev Ruçey” iqamətgahında üçtərəfli görüşün başlayacağını gözləyirmiş...

Prezident Əliyevlə görüşə gəldikdə, ikitərəfli əlaqələrin inkişafı barədə məmnunluq vurğulandı, pandemiyaya baxmayaraq iqtisadi əlaqələrin səviyyəsinin yüksəldiyi qeyd edildi. Putinin dediyindən məlum oldu ki, bu ilin 9 ayında ölkələrarasında ticarət dövriyyəsi 11 faiz artıb, Azərbaycan iqtisadiyyatına Rusiya 4,5 milyard dollar birbaşa sərmayə yatırır. Bunlar sadə vətəndaş üçün sadəcə quru statitistika ola bilər, amma unutmamaq lazımdır ki, iqtisadi əlaqələr dövlət siyasətini müəyyən edən əsas amildir.
Putinin “Zeytun budağı” hədiyyəsi-mesaj kimədir?
Paşinyanla görüşdə isə Putin dedi ki, ötən il Ermənistanla iqtisadi əlaqələrdə geriləmələr olub və bunun səbəbini pandemiya ilə əlaqələndirmədi. Putin əlbəttə ki, siyasətdə ustadır və Ermənistanda artan anti-Rusiya ovqatından da xəbərdardır. Bu işlərin başında duran adamın isə elə Paşinyanın olduğuna bəlkə də şübhəsi yoxdur. Paşinyanı qapalı görüşdən sonra qəbul etmək hətta bir az diplomatik etiketə bənzədi.

Qapalı görüşün media üçün açıq hissəsində Paşinyanın həyacanlı olduğu Rusiya mediasının da diqqətindən yayınmayıb, baş nazir bəzi fikirlərini rus dilində izah etməkdə çətinlik çəkib. Amma “dərdini deyə bilib”.Ümuiləşdirsək, Paşinyan bunları dedi: “Azərbaycan arzusunu reallıq kimi qəbul edilməsini istəyir”, “sərhədlər müəyyənləşməsə də, Azərbaycan bəzi sərhədyanı əraziləri tutub”, “Qarabağ danışıqları(statusu nəzərdə tutur-N.S) Minsk Qrupu çərçəvəsində aparılmalıdır”... Dəyişən heç nə yoxdur, zatən Paşinyan hər imkanda Azərbaycan barədə gileylənir, deyinir. Putinlə görüş də istisna olmayacaqdır.
Putinin “Zeytun budağı” hədiyyəsi-mesaj kimədir?
Görüşün qapalı hissəsinə gəlincə, inanırıq ki, Azərbaycan prezidenti Paşinyanın “gileylərinə”də, Qarabağla bağlı bizim eşitmədiyimizlərə də ətraflı cavab verib. İstisna deyil ki, tərəflər Rusiyanın barəsində çox danışılan xəritələrdə masaya gəlib və onun ətrafında nəhayət ki, ilkin müzakirələr də aparıblar.

Hələ görüşdən əvvəl də məlum idi ki, Soçidə Paşinyana daha çox suallar olacaq, çünki 10 noyabr razılaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan hökumətidir. Noyabrın ilk ongünlüyündə Moskvada gözlənilən danışıqları “gündəmdə müzakirə ediləcək məsələ yoxdur” deyərək, öz ağlınca blok(və ya boykot) edən də Paşinyandır. Bunlara bir aydınlıq gətirmək əlbəttə ki, lazım gələcəkdi. Sərhəddəki son təxribatlarla bağlı məsələnin də bağlı qapılar arxasında geniş müzakirəsi əlbəttə ki, olub. Görünür, Paşinyan bununla bağlı da geniş izahat soruşulub, niyə sərhəd təxribatına gedib, səbəb nə olub, məsələn, Avropa və ya ABŞ-dakı dostları təxribatdan əvvəl onun qulağına nəsə pıçıldayıblarmı?
Putinin “Zeytun budağı” hədiyyəsi-mesaj kimədir?
Görüşdə əldə edilən və elan edilən ortaq bəyanat Azərbaycanın xeyrinədir. 1) 10 noyabr anlaşmasının bütün bəndləri, o cümlədən kommunikasiyaların açılması ardıcıl və ciddi şəkildə yerinə yetirilməlidir. 2) Bu, həm də Ermənistanda hakimiyyətə can atan revanşistlərə də, erməni ictimai rəyinə də “10 noyabr razılaşmasından çıxmaq” kimi avantürüst çağırışlara verilmiş tutarlı cavabdır. Bundan qaçmaq olmaz. 3) Sərhədlərin müəyyənləşməsi ilə bağlı konkret zaman-ilin sonunadək irəliləyiş olması, ikitərəfli mexanizm yaradılması öhdəliyi götürüb ki, bu da müxtəlif bəhanələrlə danışıqlardan yayınan Ermənistanı fakt qarşısında qoyub. 4) Azərbaycanın suveren ərazisi olan Qarabağla bağlı hər hansı müzakirəyə açıq məsələ yoxdu...
https://cdn.musavat.com/news/thumbnails/aa092f900838da6fa7a3469ca7d43367.jpg
Zəruri qeyd: Bəyanatda Qarabağla bağlı bir az düşündürücü vəziyyət olduğunu etiraf etməliyik. Rusiya dövlət televiziyaları(“Rossiya-24”) “Biz regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğuladıq” bəndi haqda danışarkən bunu “Qarabağ regionu” kimi təqdim etdilər. Bəyanatda ifadənin bir az sürüşkən, qeyri-müəyyən olduğunu etiraf etməliyik. Yəni konkret hansı regionun iqtisadi potensialından söhbət gedir? Məntiqlə nəqliyyat və kommunikasiyaları açılacağı Zəngəzur dəhlizi regionundan... Azərbaycan XİN-in bəyanatında da əsas vurğu bu bənd üzərinə qoyulub. Qeyd edilib ki, görüş nəticəsində imzalanan bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib: ”Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanıb”. O zaman Qarabağ məsələsi üzərində fokuslanmaq ya məlumatsızlıqdan irəli gəlir, ya da bu konkretləşməmə speklyasiya üçün həqiqətən də əl yeri qoyub...
Putinin “Zeytun budağı” hədiyyəsi-mesaj kimədir?
Sonda: Putinin tərəflərə sülh rəmzi olan zeytun budağı hədiyyə etməsinin də xüsusi mənası olmamış deyil. Putin sülhü qarantiya altına almaq istəyir və verilən vədləri belə rəsmiləşdirir. Dostcasına. Amma burada da bir incə məqam var- dünyaya verilən mesaj. “Görürsüz, siz Rusiyanı müharibələrdə, hər cür gərginlikdə günahlandırırsız, amma biz sülh istəyirik, bunun üçün çalışırıq”. Xüsusilə Ukrayna və NATO ilə artan gərginlik fonunda Putinin etdiyi razılaşaq ki, ağıllı gedişdir.

Qalır, Ermənistanın da baş verənlərdən ağılla nəticə çıxarması.../Müsavat.com

XƏBƏR LENTİ