Bakıda məşhur mağazanın dam örtüyü yanıb

481 29-11-2021, 12:35 hadise

Bakıda məşhur mağazanın dam örtüyü yanıbBakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.

Xeberdar.net-in APA-ya istinadən məlumatına görə, hadisə metronun İnşaatçılar stansiyasının yaxınlığında yerləşən "Music Gallery" elektron məhsullar satılan dükanında qeydə alınıb.

Mağazanın dam örtüyü yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Alovun qarşısı qısa zamanda alınıb.

Xeberdar.net

XƏBƏR LENTİ