Nazir müavinləri təbiətin QƏNİMİNƏ ÇEVRİLİB - FAKT BUDUR!

590 30-11-2021, 10:37 cemiyyet

Nazir müavinləri təbiətin QƏNİMİNƏ ÇEVRİLİB - FAKT BUDUR!Son günlər "ekologiya" mövzusu gündəmin ən aktual və həssas mövzuları sırasındadır və nədənsə aidiyyatı orqanlar demək olar ki, ekologiya ilə heç maraqlanmır. Ölkəmizdə ən çox ekoloji problem yaşanan Region cənub bölgəsidir. Çünki, bu saxtakarlığların və nəzarətsizliyin başında Ekologiya Nazirliyi ilə yanaşı, onu yerli qurumu olan 1 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları da durur.
Redaksiyamıza Lerik rayonu Qışlaq kənd sakini Kərimov Qalıb Ağəmməd oğlu video müraciət göndərərək, bizim vasitəmizlə Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevdən kömək istəyir. Önun sözlərinə görə, "Kaspi ulduz" şirkəti tərəfindən çayları 15 metr dərinliyində qazılaraq, "qrabili" daşınır. Vətəndaş, həmin qazıntı barədə ETSN-nin müavini Vüqar Kərimova, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadəyə və oranın qaynar xəttinə zəng etməyinə baxmayaraq, hələ də onun şikayətinə baxılmayıb. Şikayətdən sonra Ekologiy Nazirliyinin Bəhruz adlı əməkdaşı gəlib sözügedən qazıntı olan yerə, həmin qazıntını cəmi bir günlük dayandıra bilib və ( bir gün) sonra yenə də əvvəl ki, qayda ilə qazıntı işləri davam edir. Bəhruz müəllimin maddi marağı nə idi ki, bu yeri bir günlük bağlatmaq?!.
Qazıntı işlərin apartdıran şəxs Milli Məclisin deputatı Iqbal Məmmədovdur.
Sözügedən qazıntı işləri barədə şikayət verən tək Kərimov Qalıb deyil və orada olan digər vətəndaşlar da var.

Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq //azinfo.tv//

XƏBƏR LENTİ