Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO

593 1-12-2021, 11:32 cemiyyet

Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTOÖlkə rəhbərinin ayrı-ayrı vaxtlarda imzaladığı sərəncamlar əsasında, Bakı şəhərinin rayonlarına təyin olunan bəzi icra başçılarının qol qoyduqları qanunsuzluq əməlləri, daim geniş ictimaiyyətin müzakirə etdiyi əsas mövzulardan biri olur. Buna baxmayaraq icra başçısı vəzifəsini daşıyan həmin şəxslər ya açıq şəkildə, ya da ki, gizlincə qarşılarına qoyduqları məqsədlərini “çin etmək” üçün minbir hoqqalardan çıxırlar. Belə bir səbəblər üzündəndir ki, paytaxt Bakı şəhərinin ərazilərində olmazın qanunsuzluqların baş verməsinin canlı şəkildə şahidi olmaq mümkün olur. Qeyd edək ki, paytaxtın əraziləri içərisində daha böyük qanunsuzluqların, özbaşınalıqların tüğyan etdiyi rayonlardan biri, bəlkə də lap birincisi Nəsimi rayonudur. Çünki, Asif Əsgərov bu rayona icra başçısı təyin olunduğu ilk günlərdən rayonun küçə və döngələrində, bir qədər boş olan ərazilərində satmadığı torpaq sahələri qalmadı. Əksər yaşılıqlar məhv olundu, həmin yerlərdə villalar, hündür mərtəbəli yaşayış evləri və s. inşa olundu. Bir sözlə, Asif Əsgərov Nəsimi rayonunun bir qədər boş olan ərazilərinə, yaşılıqlarına qarşı “qatillik etdi”. Nyus.az-ın əldə etdiyi məlumatlara görə, indi isə bu şəxs dövlət qurumlarına məxsus binalara “əl gəzdirmək”lə məşğul olur və belə işlərdə bacanağı Zaur adlı şəxs ona “qara kassir”lik edir. Məsələn, redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, bir müddət bundan öncə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev-52 ünvanında yerləşən, Nəsimi MKTB-nin 33 saylı mənzil-kommunal istismar sahəsinə məxsus ərazinin bir hissəsi satılıb və həmin yerdə iki mərtəbəli tikilinin inşaası həyata keçirilib. Çatdırılan məlumatlarda o da bildirilir ki, inşaası həyata keçirilmiş yeni tikilinin ümumi sahəsi 150 kvm-dən çox olsa da, həmin tikiliyə yalnız 15 kvm-lik rəsmi sənəd əldə etmək mümkün olur. Belə bir səbəbdən də, bu tikilidə inşaat işləri hələ ki, dayandırılıb. Başqa bir məlumata görə, 33 saylı mənzil-kommunal istismar sahəsinə aid ərazinin satışa çıxarılmasında və “jirnı müştəri”nin tapılmasında, adı çəkilən bu dövlət qurumunda rəis vəzifəsini daşıyan 67 yaşlı Əliyev Mirnazir Miryusif oğlu adlı şəxsin xüsusi rolu olur. Elə ki, bu məsələ ilə bağlı ona sual verib cavab əldə etmək istədik, o halda o, “Müəllim, biz kimik ki, yer sataq, pul qazanaq. Rayonun icra başçısı var, bu işlər daim onun nəzarəti altında olur. Yəni, biz nə yer sata bilərik, nə də ki, başqa işlərlə məşğul ola bilərik. Yaxşı olar ki, mənim dediklərimi özünüz yaxşı başa düşəsiniz”. Belə bir cavablardan sonra ortaya maraqlı və düşündürücü sual da çıxır. Görəsən 67 yaş həddinə çatmış (Allah ömür versin) Mirnazir Əliyevin, uzun illər ərzində oturduğu “kreslo”sundan hələ də “bərk-bərk yapışması”na səbəb nədir? Məgər, bu şəxsi əvəzləyəcək gənc, savadlı, enerjili kadrmı yoxdur? Yoxsa, həmin “kreslo”nu daşımaq 33 saylı mənzil-kommunal istismar sahəsinin rəisi vəzifəsini daşıyan Mirnazim adlı şəxsin adına rəsmləşdirilib? Bəlkə də ola bilər?

Yəqin ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfael Mehralıyevin də, belə bir əməllərdə xüsusi marağı, əldə edəcəyi hansısa məbləğdə gəlirləri var. Əgər bu belə olmasa o halda o, Nəsimi RİH-nin başçısı Asif Əsgərovu və Nəsimi MKTB-nin 33 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Mirnazir Əliyevi, birbaşa özünəməxsus “Domokl qılıncı” ilə cəzalandırıb, hər iki şəxsi yerlərində oturtmağı bacarardı. Deməli, Rəfael Mehralıyev 33 saylı mənzil-kommunal istismar sahəsinə məxsus ərazinin bir hissəsi satışa çıxarılmasında maraqlı olub ki, tərəflər belə bir əmələ qol qoymağı bacarıblar.
Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO
Nyus.Az-a çatdırılan başqa bir ilginc məlumatlarda o da bildirilir ki, Asif Əsgərov Bakı şəhərinin Səbail rayonunda icra başçısı vəzifəsini daşıyarkən o, bu rayonun Xəqani küçəsi-105A ünvanında “EDELSS” adlı gözəllik salonu alır. Amma, həmin salonu öz adına rəsmiləşdirməkdən “vaz keçir”. Qeyd edək ki, Asif Əsgərov əksər qohum-əqrəbalarına qarşı olduqca diqqətcil olduğundan, alicənablıq nümayiş etdirdiyindən o, aldığı həmin salonu yaxın qohumunun işlətməsinə qərar verir. Bu da onu təsdiq edir ki, Nəsimi RİH-nə rəhbərlik edən bu şəxs, rayon ərazisində yaşayan hər kəsə eyni gözlə baxmır. Yəni, Asif Əsgərov tam əksəriyyətə uzaq məsafədən mikraskopla baxsa da, özününkülərə yaxın məsafədən açıq gözlə baxmağı bacarır.

Araşdırmamız davam edir, mövzuya qayıdacağıq.
Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO
Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO
Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO
Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO

Nyus.Az

XƏBƏR LENTİ