Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİB

543 1-12-2021, 15:31 cemiyyet

Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİBNoyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlar dəfn edilib.



Modern.az-ın xəbərinə görə, qəza nəticəsində həlak olan hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıb.



Mərasimdə hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.



Yaylım atəşi açılıb.



14:34

****

Ötən gün Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasının şəhid hərbçiləri hazırda İkinci Fəxri xiyabanda dəfn olunur.



Modern.az xəbər verir ki, dəfn mərasimində rəsmi şəxslər, şəhidlərin yaxınları, müxtəlif qurumların və ictimaiyyətin nümayəndələri iştirak edirlər.



Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla dekabrın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilib.



Qəza nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olublar.



1. Polkovnik Cavadov Füzuli Əli İbram oğlu;
2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. Mayor Həsənov Elmir Mircəlil oğlu;
4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. Mayor Mayılov Emil Şahid oğlu;
6. Mayor Məmmədov Murad Yaşar oğlu;
7. Mayor Əliyev Emil Elman oğlu;
8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. Leytenant Süleymanov Abdulla Telman oğlu;
13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. İşçi Nəbiyev Elçin Fikrət oğlu.

Xeberdar/net

XƏBƏR LENTİ