Azad edilmiş ərazilərə qanunsuz daxil olanları çıxarmaq istəyərkən minaya düşən şəxs DANIŞDI - VİDEO

581 3-12-2021, 12:04 cemiyyet

Azad edilmiş ərazilərə qanunsuz daxil olanları çıxarmaq istəyərkən minaya düşən şəxs DANIŞDI - VİDEOBəzən peşəkar minaaxtaranlar da düşmənin basdırdığı minaların partlaması nəticəsində ya həlak olur, ya da ağır xəsarət alırlar. Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı Asəf Xudiyev də düşmənin basdırdığı “ölüm toxumları” olan minanın partlamasından zərərçəkənlərdən biridir.

Agentliyin mütəxəssislərindən olan Asəf Xudiyev can qurtarmağa gedərkən sağlamlığını itirib. 7 ildən çoxdur minatəmizləmə işləri ilə məşğul olan Asəf Xudiyev minanın partlaması nəticəsində ağır yaralanıb. O deyir ki, Vətən müharibəsi başa çatdıqdan bir neçə gün sonra işğaldan azad olunmuş torpaqlara qanunsuz səfər etmək istəyənləri ərazidən çıxarmağa çalışarkən Füzuli rayonu ərazisində piyada əleyhinə minaya düşüb.

Aldığı ağır xəsarət səbəbindən sol ayağının dizdən aşağı hissəsi amputasiya edilən Asəf Xudiyev görünməyən “düşmən” olan mina ilə mübarizə aparmağın heç də asan olmadığını deyir.
Əmək qabiliyyətini itirən Asəf Xudiyevin fikrincə, düşmən planlı olaraq minaları insanların ən çox gedə biləcəyi ərazilərdə – dağıtdıqları evlərin içərisində, qəbiristanlıqlarda və yollarda basdırıb.

Minatəmizləmə Agentliyinin apardığı təhlillər göstərib ki, mina partlayışlarının 51 faizi işğaldan azad edilmiş ərazilərə qanunsuz daxilolma, 26 faizi isə təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
[video=https://youtu.be/PIivk1W14ac]

XƏBƏR LENTİ