Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi

576 3-12-2021, 15:50 dunya

Hərbçimizə hücum edən erməni zərərsizləşdirildiXocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.
Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.



Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.



Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.



Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.



Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ