Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur

1 507 4-12-2021, 10:46 gundem

Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur

Son günlər Göyçayda ard-arda bir neçə yol qəza hadisəsi baş verib. Təəssüf ki, bu qəzalardan bir neçəsi ölümlə nəticələnib. Xeberdar.net məlumat verir ki, bu barədə hüquq müdafiəçisi İlqar Məhərrəmli özünün feysbuk səhifəsində yazıb.
İ. Məhərrəmli sual edir ki, bəs görəsən bu qəzalara səbəb nədir???
Bunun ardınca qeyd edir ki, araşdırma aparıb və bəlli olub ki, qəzalar Göyçay Rayon Polis Şöbəsinin fəaliyyətinin məntiqi nəticəsidir. Rayonun istər kənd, istərsə də şəhər ərazisində günün günorta çağı avtoxuliqanlıq edənlərin sayı həddindən artıq çoxdur. Polis isə onlara nədənsə gözün üstə qaşın var demir.
Hüquq müdafiəçisi sonra bildirir ki, bu avtoxuliqanların demək olar ki, hamısı 14-20 yaş arası yeniyetmə və gənclərdir. Əgər polis orqanı tərəfindən ciddi reydlər və yoxlamalar aparılsa o zaman sübut olunar ki, rayon ərazisində avtoxuliqanlıq edənlərin əksəriyyətinin nəqliyyat vasitəsini idarə etməyə sürücülük hüququ yoxdur və onlar başqasının avtomobilini qanunsuz olaraq idarə edirlər.

xeberdar.net


Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur

XƏBƏR LENTİ