Ukraynada ağır yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər həlak olub

552 7-12-2021, 16:37 dunya

Ukraynada ağır yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər həlak olubUkraynanın Çerniqov vilayətində yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 13 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Çerniqov vilayət dövlət administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.

O bildirib ki, Çerniqovdan Sosnitsa istiqamətində hərəkət edən mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində 6 nəfər də xəsarət alıb.

Qəza ilə əlaqədar Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Xeberdar.net

XƏBƏR LENTİ