CEYHUN BAYRAMOV İRƏVANA XƏBƏRDARLIQ ETDİ - "Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq"

CEYHUN BAYRAMOV İRƏVANA XƏBƏRDARLIQ ETDİ - "Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq""Ermənistan adətən elan edilmiş danışıqlar öncəsi təxribatlarını daha da intensivləşdirir".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir hesab edir ki, bu, təsadüfi hal deyil: "Bu, Ermənistanın siyasi rəhbərliyinin təxribat siyasətindən tam əl çəkməməsinin nümunələridir".

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son gərginliyə də münasibət bildirib.

Nazir jurnalistlərə açıqlamasında deyib ki, gərginliklərin yaşanmamasının yeganə yolu sərhədlərin delimitasiyası prosesinin başlanılmasıdır.

O qeyd edib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib.

"Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar törədilir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir", - nazir vurğulayıb.

CEYHUN BAYRAMOV İRƏVANA XƏBƏRDARLIQ ETDİ - "Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq"

  • 12-12-2021, 21:19
  • 275


Oxşar mövzular
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI