Çində gəmi batıb, ölənlər və itkin düşənlər var

429 13-12-2021, 08:15 dunya

Çində gəmi batıb, ölənlər və itkin düşənlər varÇin sahillərində yük gəmisinin batması nəticəsində ekipajın bir neçə üzvü həyatını itirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə nəticəsində daha bir neçə nəfər itkin düşüb.

"Tianfeng 369" yük gəmisi Çinin şərqindəki Şandun əyalətinin Yantay şəhəri sahillərində batıb. Hadisə zamanı gəmidə 14 ekipaj üzvü olub, onlardan 9-u ölüb, 2-si itkin düşüb, 3-ü isə xilasedicilər tərəfindən xilas edilib.

Çin Nəqliyyat Nazirliyinin “Beihai” Xilasetmə Bürosunun yaydığı açıqlamada bildirilir ki, qəza ilə bağlı yerli vaxtla saat 04:43-də bildiriş alınıb, sonra bölgəyə xilasetmə əməliyyatı üçün helikopter və gəmi göndərilib.

Açıqlamada itkin düşən 2 ekipaj üzvünün axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunur.

XƏBƏR LENTİ