Bakıda metroda ölən şəxslə bağlı qandonduran faktlar

567 13-12-2021, 19:58 cemiyyet

Bakıda metroda ölən şəxslə bağlı qandonduran faktlarBir neçə gün əvvəl Bakı Dövlət Universitetinin müəllimi Əhməd Babayevin "28 May” stansiyasında ölümü ilə bağlı xəbər vermişdik.

Müəllimin bacısı qızı sosial şəbəkədə metroda ölən dayısının cibindən pul oğurlanması ilə bağlı paylaşım edib:

"Dayımın cibindəki pulları oğurlayan insanlar görəsən dərk edirlərmi ki, onu geri qaytarmaq üçün o pulların 100 qatını verməyə razıyıq. Dayım...gözəl insan. Zamanımızda çox az rast gəlinən keyfiyyətli insan...Həyatında bir dəfə belə rüşvət almayan müəllim...Çox ağır xəbər oldu səhər-səhər... Anında istifadə edib cibindəki pulları oğurlayan insanlar görəsən dərk edirlərmi ki, onu geri qaytarmaq üçün o pulların 100 qatını verməyə razıyıq? İşə gecikməmık üçün maşından düşüb metro ilə gedir adam, əcəlinə doğru...”./Teref.az/

Bakıda metroda ölən şəxslə bağlı qandonduran faktlar

XƏBƏR LENTİ