Kılıçdaroğludan tənqid olunan hərəkəti ilə bağlı - AçıqlamaKılıçdaroğludan tənqid olunan hərəkəti ilə bağlı - Açıqlama

463 15-12-2021, 10:51 dunya

Kılıçdaroğludan tənqid olunan hərəkəti ilə bağlı - AçıqlamaKılıçdaroğludan tənqid olunan hərəkəti ilə bağlı - AçıqlamaTürkiyənin müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ölkə parlamentində çıxışı zamanı etdiyi əl hərəkətlərinin səbəbini açıqlayıb.

Xeberdar.net
-in “Qafqazinfo”-ya istinadən məlumatına görə, o, bu barədə “Haber Global”da yayımlanan proqramda danışıb.

Kılıçdaroğlu niyə o hərəkəti etməsinin səbəbini belə izah edib:

“Niyə bu əl hərəkərini elədik? Tenderləri dollar və avro ilə edirsiniz. Türkiyədə investisiya niyə avro ilədir? Yenə xarici valyuta ilə buna hələ zəmanət də verirsiniz. Yəni təkcə məni yox, mənim nəvəmi də borclandırırsınız. Buna da qatlandıq deyək. Hələ müqaviləyə də yazırsınız. Bunu hansı əxlaq qəbul edər?

Dollar bahalaşıb, bu büdcə kasıbdan alıb bir ovuc varlıya qaynaq artıran büdcədir. Kim məmnundur? Dövlətdə dollarla iş görənlər məmnundur! 84 milyon insan bir ovuc insan üçün çalışır. Bu dediklərimə heç bir etiraz yoxdur, səhvdir, demirlər. Niyə? Sən o müqavilələri bağlayanda şəffaf olmalısan. Pulunu mənim ödədiyim sərmayə iqtisadi sirr ola bilər? Bu pullar dövlət büdcəsindən ödənilir. Düşdüyümüz vəziyyətə baxın”.

Qeyd edək ki, CHP lideri çıxışı zamanı qeyri-etik əl hərəkətləri edib. Sözügedən hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub.

Xeberdar.net


XƏBƏR LENTİ