Qarabağda 4 nəfərin minaya düşməsinin qarşısı alındı

510 17-12-2021, 13:20 cemiyyet

Qarabağda 4 nəfərin minaya düşməsinin qarşısı alındıTərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla daxil olan 4 nəfər saxlanılıb.

Xeberdar.net xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla onların rayonun Həsənqaya kənd sakinləri – Ceyhun Abışov, Şahin Abışov, Sənan Həsənov və Məsim Həsənov olduqları müəyyən edilib.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Xeberdar.net


XƏBƏR LENTİ