Böyük Britaniyanın Brexit üzrə naziri istefa verib

540 20-12-2021, 11:21 dunya

Böyük Britaniyanın Brexit üzrə naziri istefa veribBöyük Britaniyanın Brexit üzrə naziri Lord Devid Frost istefa verib.

Xeberdar.net-in AZƏRTAC-a istinadən məlumatına görə David Frost Avropa İttifaqı (Aİ) ilə münasibətlərin uzunmüddətli olduğunu əsas gətirərək istefa verib.

Baş nazir Boris Consona göndərdiyi məktubda Frost 2 ildən artıqdır ki, Aİ ilə danışıqlara rəhbərlik etdiyinə diqqət çəkib.

Frost məktunda Brexitin artıq əldə edildiyini və hökumətin qarşısında duran vəzifənin Aİ-dən çıxmağın gətirdiyi fürsətlərdən istifadə etmək olduğunu bildirib.

Onun vəzifəsinin icrası xarici işlər naziri Liz Trassa tapşırılıb.

Xeberdar.net

XƏBƏR LENTİ