“ABŞ Krımın Rusiyaya birləşməsinə gizlicə razılaşıb” - İlya Kiva

557 20-12-2021, 14:12 dunya

“ABŞ Krımın Rusiyaya birləşməsinə gizlicə razılaşıb” - İlya KivaRusiya Birləşmiş Ştatlardan 2014-cü ildə Krımın birləşdirilməsinə «gizli razılıq» alıb - o zaman Kiyevdə baş vermiş dövlət çevrilişinə kompensasiya qismində.

Belə sensasiyalı bəyanatla “Teleqraf” nəşrinə Ali Radanın «Müxalif platforma - həyat uğrunda» (MPHU) partiyasından olan deutatı İlya Kiva çıxış edib.

«Ukrayna Krımı Amerikaya o zaman mövcud olan razılığın əvəzində 2014-cı ildə baş vermiş dövlət çevrilişi ilə birlikdə verib» - o, deyib.

Deutat izah edib ki, amerikalılar Ukraynada onların nəzarəti altında olan gücləri hakimiyyətə gətirmək üçün Rusiyanın mövqeyi ilə hesablaşmağa məcbur olublar. Onların bölgədə strateji taşırıqları olub.

Kiva hesab edir ki, iki imperiya arasında təmiz razılıq olub ki, onun nəticəsində Ukrayna Prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov döyüş qabiliyyətli hissələrin yarımadadan çıxarılması əmri verib ki, digər ordu hissələrinin Krıma maneəsiz daxil olmasına şərait yaratsın.

Deputat qeyd edib ki, hazırda da Ukrayna gerçəkdən iki nəhəng rəqib ölkə arasında poliqondur və onun ərazisində özgələrin əli ilə döyüşürlər.

«Putinlə Bayden hər zaman oturub kompromis tapacaqlar. Onlar heç vaxt imkan verməzlər ki, insanlar məhv olsunlar. Onlar digərlərinin həyatı ilə öz maraqları naminə oynayırlar. Və mən bu gün deyirəm və bu, mənim mövqeyimdir. Bu gün müstəqil Ukrayna dövləti mövcüd deyil» - deputat deyib.

AzPolitika.info

XƏBƏR LENTİ