“İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq” - Mövlud Çavuşoğlu

514 20-12-2021, 14:51 dunya

“İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq” - Mövlud Çavuşoğlu“İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”.

Xeberdar.net məlumat verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bəzi şirkətlərin İstanbul-İrəvan aviareysi üçün sorğuları olub. Bunları dəyərləndiririk. Bəzi şirkətlər yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları verərkən can Azərbaycan ilə müzakirələrimizi davam etdiririk”, - nazir vurğulayıb.

XİN başçısı vurğulayıb ki, Türkiyə və Ermənistan birbaşa təmasların başlanması üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin edib: “Onlar ən qısa vaxtda görüşəcəklər”.

Xeberdar.net

XƏBƏR LENTİ