Şəkiliyev Qax camaatını BOĞAZA YIĞIB... - "Bax, Qax camaatı bu qədər yorulub..."

514 21-12-2021, 10:52 cemiyyet

Şəkiliyev Qax camaatını BOĞAZA YIĞIB... - "Bax, Qax camaatı bu qədər yorulub..."Son günlər Qax rayonunda Şəhid ailələri və Qazilərə qarşı hörmətsizlik pik həddə çatıb. Ötən gün Şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə olan hörmətsizlik – icra başçısı Musa Şəkiliyevin Şəhid ailəsinə kobud davranması, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovun Şəhid ailəsindən 3500 manat rüşvət tələb etməsi Qaxda sosial narazılığı artırıb.

Xeberdar.net-in məlumatına görə, DİA.AZ-a daxil olan şikayət məktubunda da sakinlər icra başçısının özbaşınalıqlarından cana doyduqlarını və hüquq-mühafizə orqanlarının Qaxda tədbir görməli olduğunu bildirirlər.

Narazı sakinlər dia.az-a yazır: “Qaxın İcra başçısı Musa Şəkiliyev Qax camaatına dəyər vermir, Elə bil Qaxın icra başçısı yoxdur. Şikayətlərimizi kimsə eşitmir. İcra başçısı problemlərimizi həll etmir, əvəzində şəhidin ailəsinə, qazilərə qənim kəsilib. Elə bil bu adama deyiblər ki, sənin işinin adı yalnız və
yalnız Qaxda narazılıq yaratmaqdır.

Biz də Qax sakinləri olaraq dia.az vasitəsilə ölkə rəhbərliyinə müraciət edirik: Gəlin, Şəkiliyevə 2022-ci ildə şans verməyək. O, düzəlməyəcək... Kim olursa-olsun, amma Şəkiliyev olmasın!

Bax, Qax camaatı bu qədər yorulub..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Xeberdar.net

XƏBƏR LENTİ