ABŞ İranın nüvə sazişinin iflasa uğrayacağı halda atılacaq addımlar üzərində düşünür

549 21-12-2021, 10:59 dunya

ABŞ İranın nüvə sazişinin iflasa uğrayacağı halda atılacaq addımlar üzərində düşünürABŞ Vyanada İranın nüvə proqramı üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə atılacaq gələcək addımları nəzərdən keçirir.

Xeberdar.net-in Trend-ə istinadən məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Cen Psaki söyləyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik komandasına diplomatik uğursuzluğa hazır olmağı və digər variantları nəzərdən keçirməyi tapşırıb.

"Bu məsələ ilə bağlı iş dünyadakı bir sıra tərəfdaşlarımızın iştirakı ilə aparılır", - deyə Psaki əlavə edib.

Xeberdar.net

XƏBƏR LENTİ