Mingəçevirdə yanğın: Ölən və zəhərlənənlər var

587 21-12-2021, 12:39 hadise

Mingəçevirdə yanğın: Ölən və zəhərlənənlər varMingəçevirdə yanğın hadisəsi baş verib.

Xeberdar.net-in Bizim.Media-ya istinadən məlumatına görə, hadisə az öncə Ş.İ.Xətai küçəsi 11 ünvanında yerləşən binanın 3-cü mərtəbəsində baş verib.

Yanğın nəticəsində mənzildə olan və kimliyi hələki dəqiqləşdirilməyən bir kişi tüstüdən zəhərlənərək ölüb.

İlkin məlumata görə, daha 5-6 nəfər tüstüdən zəhərlənərək xəstəxanalıq olub.
Faktla bağlı araşdırma başlanıb.

Xeberdar.net


Xeberdar.net

XƏBƏR LENTİ